“Qəbələ”nin Elvin Camalovla bağlı atdığı ox daşa dəyib.
Bölgə təmsilçisi 1 aydır heyətinə qatmaq istədiyi təcrübəli yarımmüdafiəçi ilə bağlı xoş xəbərə ümid edirdi.
Lakin uzun sürən danışlıqlardan və müzakirələrdən sonra Camalovun “ağ-qaralar”dan ayrılmaması qərara alınıb.
Qərarı verən isə baş məşqçi Yuri Vernidubdur. Ukraynalı çalışdırıcı avrokuboklara vəsiqənin vacibliyini nəzərə alaraq heyətin geniş olmasının vacibliyini qeyd edib.
“Pəncərə”nin bağlanmasına sayılı günlər qalmış “Neftçi”dən gələn xəbərə üzülən “Qəbələ”lilər axtarışların miqyasını gednişləndirərək ölkə xaricinə üz tutub
Hazırda bir neçə əcnəbi dayaq yarımmüdafiəçinin keçidi ilə bağlı danışıqlar aparılır.
Maraq üçün bildirək ki, “Qəbələ” qış fasiləsində “Neftçi”dən Rza Cəfərovu mövsümün sonuna qədər icarəyə götürüb.
HƏBİB / SPORTİNFO.AZ

