“İki səhvə yol verdik” - “Neftçi”nin “1 nömrə”si deyir ki...

11 Fevral 22:40 Neftçi 119
“İki səhvə yol verdik” - “Neftçi”nin “1 nömrə”si deyir ki...

"Neftçi"nin son 3 oyunda qapısından qol buraxmamasında bütün komandanın payı var".

Sportinfo.az xəbər verir ki, bunu "ağ-qaralar"ın qapıçısı Kenan Piriç klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Misli Premyer Liqasının XIX turunda doğma meydanda "Qəbələ"ni məğlub etdikləri (1:0) oyun barədə danışıb:

"Bilirdik ki, "Qəbələ" əks-hücumlarda yaxşı çıxış edir. Oyunda üstünlük quran tərəf biz idik.

Qaşrılaşma ərzində 2 dəfə səhvə yol verdik, rəqib komanda həmin vaxtlarda təhlükəli hücumlar yaratdı. Təəssüf ki, ikinci hissədə oyuna istədiyimiz kimi başlaya bilmədik.

"Qəbələ"nin futbolçuları hücumlar qurmağa başlayırdılar. Sevinirik ki, qapımızı toxunulmaz saxlamağı bacardıq.

Son 3 oyunda qol buraxmırıq. Bu, çox yaxşı göstəricidir. Təbii ki, burada tək qapıçının yox, bütün komandanın payı var".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 Fevral 18:10 Çək və bizə göndər!
11 Fevral 03:50 Lamiyə rekorda imza atdı