"Neftçi" "Etnikos"dan hücumameyilli yarımmüdafiəçi Breno Almeydanı transfer edib.
Sportinfo.az xəbər verir ki, "ağ-qaralar"ın braziliyalı üçün Kipr klubuna nə qədər təzminat ödədiyi məlum olub.
Nüfüzlu "Tranfermarkt" nəşrinin məlumatına görə, 27 yaşlı ön xətt oyunçusunun transferi Azərbaycan klubuna 200 min avroya (404 860 manat) başa gəlib.
"Neftçi" Breno Almeyda ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Sonuncu klubu “Etnikos” (Kipr) olan Almeyda Braziliya, Səudiyyə Ərəbistanı və Malta liqalarında da oynayıb.
O, 2024-cü ilin yayından çıxış etdiyi “Etnikos”un heyətində bu mövsüm 14 rəsmi oyunda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə müəlllifi olub.

