Vernidub “Neftçi”də qalmaq üçün… O, niyə belə edir, bilirsiz?

15:00 Neftçi 305
Vernidub “Neftçi”də qalmaq üçün… O, niyə belə edir, bilirsiz?

Yuri Vernidubu Azərbaycana gətirməyiblər ki, «Neftçi»ni turnir cədvəlinin orta sıralarına qaldırsın.

Gətiriblər ki, komandanı avrokuboklara götürsün.

Ondan istənilən, tələb olunan yalnız nəticədir. Müsbət nəticə!

Üzərinə götürdüyü missiyanın öhdəsindən gəlsə, gələn mövsümü də burada keçirəcək. Gəlməsə… Müqaviləsinə xitam verilmək ehtimalı həoə ortadan qalxmayıb.

«Zirə» ilə yeni ilin açılış matçından sonra Vernidub öz fəlsəfəsindən imtina edib. Məcburiyyət qarşısında qalaraq.

Gördü ki sərəncamındakılar futbol oynaya bilmir, keçdi onlar tərəfə. O, hazırda komandasına onların oynaya biləcəyi futbolu oynadır.

Burada önəmli olan iki elementdir- hesabı açmaq və böyük risk almayaraq oyunu davam etdirmək.

«Qəbələ» ilə qarşılaşma da bu minvalla keçdi. «Neftçi» matça sürətli başladı, Emin Mahmudovla erkən qola imza atdı, fərqi artırmaq üçün bir neçə epizod yaxaladı, fasilədən sonra isə rollar tədricən dəyişdi.

Son yarım saatda topa rəqibə verib, arxaya çəkildilər və əks-hücum üçün fürsət gözlədilər.

Bu, azarkeşə xoş gəlməyə bilər. Amma onlar da başa düşməlidir - mövsümün sonunda nəticə verməsə, Vernidubu oynatdığı gözəl futbola görə təbrik edən olmayacaq.

«Neftçi» əvvəl çox yersiz qollar görürdü qapısında. Artıq üç turdur qapını qola qapayıblar. Yaxşı dəyişmək mənasında bu, mühüm irəliləyişdir.

Emin Mahmudov həmişə qınanılırdı ki, qaçmır, müdafiənin köməyinə tələsmir, topsuz hərəkət eləmir. O Emin görün, axır vaxtlar nə qədər tərpəniş edib.

Son dəqiqələr gedir, kapitan meydanın dərinliyinə çəkilərək topu rəqibdən alır.

Bu səhnəni nəvaxtsa müşahidə etmişdiz? İlk dəfədir ey!

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 17:40 Premyer Liqada yeri olmayan