“Neftçi”nin baş məşqçisi: “Desələr ki, “Qarabağ”la oynamayın..." - VİDEO

08:40 Neftçi 110
“Neftçi”nin  baş məşqçisi: “Desələr ki, “Qarabağ”la oynamayın..." - VİDEO

"Neftçi" Misli Premyer Liqasının 19-cu turu çərçivəsində "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub matç barədə fikirlərini bölüşüb.

Ukraynalı mütəxəssis komandasının ilk hissədəki oyunundan razı qaldığını, lakin fasilədən sonra psixoloji amillərə görə müdafiəyə çəkildiklərini bildirib. O, əsas hədəfin 3 xal olduğunu vurğulayıb:

"Daha yaxşı oyun gözləyirdik. Oyunçularıma dedim ki, bizə bu gün qələbə lazımdır. Onlar da buna nail oldular. Oyun yaddan çıxır, hesab isə yadda qalır".

Vernidub "Qarabağ"la oyunun təxirə salınma ehtimalından narazı olması barədə yayılan xəbərlərə sərt reaksiya verib:

"Hansı mediada yazılıb? Desələr oynayın, oynayacağıq. Desələr oynamayın, oynamayacağıq".

Baş məşqçi çempionatdakı rəqabətə və qarşıdakı oyunlara motivasiyasına da toxunub:

"Azərbaycan çempionatında 11 rəqibimiz var. Onların kimliyi fərq etməz: "Qarabağ", "Zirə" və ya "Kəpəz". İstəyirəm ki, qələbə qazanaq".

Baş məşqçi hakimlərin işini şərh etməyi sevməsə də, bəzi qərarlarla razılaşmadığını gizlətməyib. Bununla belə, o, idarəçilikdə qərəz görmədiyini vurğulayıb:

"Səmimi deyim ki, bəzi qərarlarla razı deyiləm. Amma hakimlər də insandır, səhv edə bilər. Qərəzli yanaşma görmədim".

Y.Vernidub yeni transfer olunan braziliyalı hücumçu Breno Almeyda barədə geniş danışıb. O, futbolçunun universallığını və texniki keyfiyyətlərini yüksək qiymətləndirib:

"Uzun müddətdir ki, onu izləyirik. Həm cinahlarda, həm də mərkəz hücumda yaxşı çıxış edə bilər. Yaxşı driblinq texnikası və sürəti var. Mənim ondan gözləntilərim çox böyükdür. Sabahdan başlayaraq məşqlərə qoşulacaq. Əlbəttə, kollektivə uyğunlaşması üçün vaxt lazımdır. Dərhal onu meydana buraxa bilmərəm. Tanış olmaq, məşqlərdə izləmək lazımdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 18:10 Çək və bizə göndər!
10 Fevral 17:40 Premyer Liqada yeri olmayan