"Neftçi" braziliyalı vingerin transferini reallaşdırdı - RƏSMİ

13:20 Neftçi 212
"Neftçi" braziliyalı vingerin  transferini reallaşdırdı - RƏSMİ

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar" Kipr "Etnikos"undan Breno Almeydanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı braziliyalı vingerlə 2.5 illik müqavilə bağlanıb.

Sonuncu klubu “Etnikos” (Kipr) olan Almeyda Braziliya, Səudiyyə Ərəbistanı və Malta liqalarında da oynayıb.

O, 2024-cü ilin yayından çıxış etdiyi “Etnikos”un heyətində bu mövsüm 14 rəsmi oyunda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə müəlllifi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti