Yuri Vernidub «Neftçi»nin futbolçularının şəxsti həyatı ilə maraqlanmağa başlayıb.
Bu barədə saytımıza komandanın üzvləri məlumat verib.
Onların bildirdiyinə görə, ukraynalı çalışdırıcı hər oyunçu ilə fərdi söhbət edir, ailə vəziyyəti barədə suallar verir.
Belə ki, 59 yaşlı mütəxəssis sərəncamındakılara belə məsələlərdə diqqətli olmağı tövsiyə eləyib:
«Vernidub deyir ki, ailəyə münasibətdə həmişə diqqətli olmaq, ona daha çox vaxt ayırmaq lazımdır. Uşaqlar barədə sual verir, onlarla nə qədər zaman keçirdiyimizi soruşur.
Maraqlanır ki, biz məşqlərdən və oyunlardan sonra hara gedirik, nə edirik, evdəklərlə vaxtımızı necə keçiririk. Vernidubun istəyi budur ki, bütün fikrimizi komandaya və evimizə verək, yalnız yaxşı şeylər barədə fikirləşək.
Tələb eləyir ki, hamı özünü «Neftçi»nin ad-sanına uyğun aparsın. Nəinki futbolçuların, klubun bazasında işləyən qaravolçunun da bu cür olmasını istəyir.
Açığı, biz hələ belə yanaşma görməmişik. Samir Abasov heç bizim özümüzlə maraqlanmırdı, qaldı ki ailəmizlə.
Şokdayıq. Vernidub həddən artıq diqqətcildir.
Ondan bu cür münasibət görəndən sonra istər-istəməz ruhlanırıq. Çox mehribandır.
Əksər vaxt bizimlə gülümsəyə-gülümsəyə danışırıq. Onun hələ nəyəsə görə bizə qışqırdığını görməmişik».
SPORTİNFO.AZ

