“Neftçi”dən TRANSFER - “O, klubun ən bahalı 3 satışından biri olacaq”

10 Fevral 11:20 Neftçi 2 404
“Neftçi”dən TRANSFER - “O, klubun ən bahalı 3 satışından biri olacaq”

“Neftçi” “Etnikos”un (Kipri) legioneri Breno Almeydanın transferini həll edib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Etnikos”un mətbuat xidmətinin rəhbəri Angelos Vrahimis ölkəsinin mətbuatına açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, tərəflər bütün detallarda razılığa gəliblər.

Klub rəsmisi bildirib ki, 27 yaşlı braziliyalı vingerin keçidi onlara yüksək məbləğdə gəlir qazandıracaq: “Brenoya görə gələn təklif klubumuz üçün müsbətdir.

Bu, şübhəsiz ki, “Etnikos” tarixinin ən bahalı 3 satışından biri olacaq”.

Breno Almeyda “Etnikos”a 2024-cü ilin yayında Braziliyanın “Sampayo” klubundan keçib. O, daha əvvəl Maltada da legioner həyatı yaşayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq