“Heç vaxt nədəsə gözüm olmayıb”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin hücumçusu Bassala Sambu deyib.
2025-ci ilin əvvəlindən bəri ağ-qara formanı geyinən ingiltərəli forvard Premyer Liqanın 18 turu ərzində 7 dəfə fərqlənə bilib.
Bəs onun qarşısınnda bombardirlik hədəfi dayanırmı? Britaniyalı ön xətt oyunçusunu dinləyək:
“Allah mənə nə nəsib edibsə, ona şükür etmişəm. Təbii ki, özümə görə hədəflərim var.
Ancaq bunu yalnız Allah bilir. Qarşımda duran əsas məqsəd oyunumla “Neftçi”yə fayda vermək, hədəfə çatmaqda yardım etməkdir”.

