Vernidub “Neftçi”də görmək istədiyi 3 ukraynalı futbolçunun adını çəkdi

14:25 Neftçi 479
Vernidub “Neftçi”də görmək istədiyi 3 ukraynalı futbolçunun adını çəkdi

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Ukraynadan dəvət etmək istədiyi futbolçuların adlarını çəkib.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında Ukrayna Premyer Liqasında çıxış edən 3 oyunçunu bəyəndiyini deyib.

“Əgər nəzəri olaraq belə bir imkan olsaydı, Ukrayna Premyer Liqasından (UPL) “Neftçi”yə hansı üç futbolçunu götürərdim? Mövsümün ilk yarısında “Şaxtyor”un transfer etdiyi hücumçu Prosper Oba məndə çox yaxşı təəssürat yaratdı.

Məncə, o, top səviyyəli oyunçudur. Vladimir Brajkonu da dəvət edərdim – Kiyev “Dinamo”sunun yarımmüdafiəçisi xoşuma gəlir.

Hərçənd formadan düşməsi ilə bağlı yazırlar. Amma gənc futbolçunu dəstəkləmək lazımdır.

Onun üçün hər şey hələ yeni başlayır. Yenidən öz səviyyəsinə qayıdacaq.

Üçüncü olaraq isə “Zarya”nın hücumçusu Filip Budkovskinin adını çəkərdim. Çox istəyirəm ki, bu mövsüm UPL-in bombardiri olsun”, – deyə Vernidub söyləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti