“Qarşımıza avrokuboklara yollanmaq vəzifəsi qoyulub”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Andrey Ştoqrin deyib.
Ukraynalı legioner klubun hədəflərindən danışıb
: “Hər şey öz əlimizdədir. Bacardığımız hər şeyi edəcəyik ki, hədəfə çataq. Buna doğru irəliləyirik”.
O, qış fasiləsindən sonra “Neftçi”nin əsas komandasına qayıdışına sevin diyini söyləyib:
“Mövsümün əvvəlində əsas komandanın heyəti üçün sifariş edilməsəm də, fiziki formamı qorumağa çalışırdım. Həm fərdi məşq edirdim, həm də əvəzedici heyətlə birgə.
Təbii ki, futbolsuz qalmaq məyusedici idi. Şansımı gözləyirdim.
Çox sevinirəm ki, vəziyyət dəyişdi. Mənə inanan, yenidən şans verən hər hər kəsə minnətdaram”.

