“Neftçi”nin çalışdırıcısı fikrini dəyişdi, ona sonuncu şansı verdi

4 Yanvar 11:05 Neftçi 1 526
“Neftçi”nin çalışdırıcısı fikrini dəyişdi, ona sonuncu şansı verdi

Elvin Camalov «Neftçi» ilə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yollanacaq.

Bu barədə paytaxt klubundan redaksiyamıza bildirilib.

Saytımıza verilən məlumata görə, Yuri Vernidub ona daha bir şans tanımaq niyyətindədir.

Baş məşqçi cari mövsüm əsas heyətdə yerini itirən dayaq yarımmüdafiəçisini BƏƏ-də təşkil olunacaq təlim-məşq toplanışında sonuncu dəfə nəzərdən keçirmək qərarına gəlib.

Məhz oradakı yoxlama görüşlərinə əsasən müəyyənləşdirəcək ki, Elvin ona lazımdır, ya yox.

Camalov məhz bu səfərdən sonra «Qəbələ»yə qayıda bilər. Ötən ilin əvvəlində «Sabah»dan dəvət olunan 30 yaşlı orta sahə oyunçusu «Qəbələ»dən 2019-cu ildə ayrılıb.

Samir Abasovun çağırışı ilə «Neftçi»yə gəlmiş Camalov ötən mövsümün ikinci yarısında əsas heyətdə tez-tez görünsə də, cari «futbol ili»nin ilk hissəsini boşa verib.

Rəsmilərlə görüşən Elvin onlardan məsləhət alıb.

Oyunçuya tövsiyə olunub ki, 6 aylıq icarə əsasında «Qəbələ»yə qayıtsın. nəzərinə çatdırılıb ki, yetişdiyi kluba dönərsə, daha çox oynamaq şansı qazanacaq, nəinki başqa yerə getsə.

“Qəbələ” Futbol Akademiyasının “şinel“indən çıxan Camalov əsas komandada 2013/14 mövsümündə debüt edib.

“Qırmızı-qaralar”ın heyətində 141 oyun keçirən yarımmüdafiəçi Premyer Liqada 111, Azərbaycan kubokunda 18, Avropa Liqasında 12 dəfə meydana çıxıb.

“Qəbələ”nin heyətində Azərbaycan çempionatlarında iki gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal qazanıb.

2018/19 mövsümündə qalibi adını qazandığı Azərbaycan kubokunun üç dəfə - 2013/14, 2016/17 və 2017/18 finalçı olub.

“Neftçi”nin yanvarın 4-dən 17-dək BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində təlim-məşq toplanışı keçəcək.

Ayın 5-də ilk məşqə çıxacaq “ağ-qaralar” hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirməyi planlaşdırır. “Neftçi” yanvarın 9-da “Kayrat”

(Qazaxıstan), 13-də “Piramids” (Misir), 16-da isə “Çenqdu Ronqçenq” (Çin) ilə qarşılaşacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Yanvar 20:00 Çək və bizə göndər!
4 Yanvar 08:00 Yollar buz bağlayacaq