"Neftçi" Adrian Mutu ilə yolları ayırmasına peşman olub…

3 Mart 18:35 Neftçi 1 268
"Neftçi" Adrian Mutu ilə yolları ayırmasına peşman olub…

Ötən ilin yayında «Neftçi»nin baş məşqçisi təyin olunan Adrian Mutu dekabrda yola salındı.

Rumıniyalını yenə əcnəbi həmkarı əvəzlədi.

Miodraq Bojoviçlə dekabrın 24-də ilyarımlıq müqavilə imzalandı. Monteneqrolu mütəxəssis gəldiyi ilk vaxtlar nə demişdi?

Söz vermişdi ki, komandanı istənilən səviyyəyə çatdırmaq üçün ona 6 həftə vaxt lazımdır.

Balkanlı çalışdırıcının verdiyi vəd öz yerini tutmadı. Mutunun 6 tura topladığı xalların sayı Bojoviçdən çoxdur.

Gəlin, onların eyni komandalara qarşı performansına diqqət yetirək.

Adrian Mutu.
"Sabah" - "Neftçi" 0:0
"Neftçi" - "Qəbələ" 2:0
"Sumqayıt" - "Neftçi" 0:1
"Araz-Naxçıvan" - "Neftçi" 1:0
"Neftçi" - "Zirə" 1:0
"Turan-Tovuz" - "Neftçi" 0:1
Beləliklə: 6 matç, 13 xal

Miodraq Bojoviç.
"Sabah" - "Neftçi" 0:0
"Neftçi" - "Qəbələ" 3:1
"Sumqayıt" - "Neftçi" 2:1
"Araz-Naxçıvan" - "Neftçi" 1:0
"Neftçi" - "Zirə" 1:0
"Turan-Tovuz" - "Neftçi" 1:1
Beləliklə: 6 matç, 8 xal

Statistika belə düşünməyə əsas verir ki, Bojoviç Mutunun ölənlərinə rəhmət oxutduracaq. Və mövsümün sonunda buradan göndəriləcək.

Onun qarşısına qoyulan tələblər konkretdir – Premyer Liqada çempionluq, ölkə kubokunda qalibiyyət. Bunların heç biri olmasa, komandanın oyunu ələ alınacaq.

Təəssüf ki, baxımlı futbol mənasında «Neftçi» öz simpatizanlarının zövqünü oxşaya bilmir. Bojoviç ötən müddətdə elə bir iş ortaya qoymayıb, nəticələr kimi, sərgilənən oyun da pisləşib.

Hansı futbolçu fərdi bacarığı ilə ön plana çıxmasa, təsadüfən qol vurmasa, «ağ-qaralar» hər qarşılaşmanı başıaşağı tərk eləyəcək.

Məşqçi işi Bojoviçin fəaliyyətində öz əksini tapmır.

Necə düşünürsüz, Mutunu qeyri-sabit nəticələrdən və qorxaq futbol oynatmasından dolayı istefaya yollayan klub rəhbərliyi Bojoviçə əlavə zaman tanıyarmı?

Bizə inandırıcı gəlmir…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"