“Neftçi” məşhur “Yuventus”lu ilə neçə illik müqavilə imzalayıb?

10 İyul 2023 11:40 Neftçi 4 159
“Neftçi” məşhur “Yuventus”lu ilə neçə illik müqavilə imzalayıb?

“Neftçi”nin yeni baş məşqçisinin kimliyi məlumdur.

Paytaxt klubu Adrian Mutu ilə müqavilə imzalayıb. Onunla 2+1 illik müqavilə imzalanıb.

Azərbaycanda çalışmaq üçün “Rapid“lə müqaviləsini qarşılıqlı razılaşma əsasında pozan çalışdırıcı Buxarest təmsilçisində birgə işlədiyi köməkçiləri də özüylə bura gətirəcək.

Məşqçilik karyerasına nisbətən tez – 37 yaşında başlayan Mutu müxtəlif vaxtlarda ölkəsinin “Voluntari”, “Universitatea Krayova”, həmçinin BƏƏ-nin “Əl-Vəhdə” klubunda və Rumıniya millisinin gənclər komandasında işləyib.

Futbolçu kimi çox uğurlu karyeraya malik olan eks hücumçunun ən parlaq illəri İtaliyada keçib. O, bu ölkənin “İnter”, “Verona”, “Parma”, “Yuventus”, “Fiorentina” kimi klublarında çıxış edib.

Bundan əlavə, İngiltərədə “Çelsi”, Fransada isə “Ayaçço”nun da formasını geyinmiş Mutu əfsanəvi məşqçilər – Marçello Lippi, Klaudio Ranyeri, Joze Mourinyo, Fabio Kapello, Çezare Prandelli kimi mütəxəssislərin rəhbərliyi altında çıxış edib, onlardan futbolun sirlərini öyrənib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 17:20 Bizdə “Barselona” var?
13 Oktyabr 16:30 Çək və bizə göndər!
13 Oktyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
13 Oktyabr 08:30 Bu da o 5 qol - VİDEO
13 Oktyabr 07:40 Əliyev meydana çıxmadı
13 Oktyabr 04:50 Bakıda "Omar" kuboku
13 Oktyabr 04:10 Mənsimov da qol vurdu