"Neftçi"də işlədiyim vaxt mənə Ermənistanda çıxış etmiş bir neçə legioner təklif olunub"

29 Sentyabr 2022 11:40 Neftçi 1 596
"Neftçi"də işlədiyim vaxt mənə Ermənistanda çıxış etmiş bir neçə legioner təklif olunub"

«Neftçi»də işlədiyim vaxt mənə Ermənistanda çıxış etmiş bir neçə legioner təklif olun muşdu».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Neftçi»nin sabiq idman direktoru Ceyhun Sultanov deyib.

İki il öncə paytaxt klubundan ayrılmış funksioner 2018-2020-ci illər ərzində menecerlərlə şərt kəsdiyini bildirib:

«Hamısına demişdim ki, kimliyindən asılı olmayaraq Ermənistanda legioner həyatı yaşamış futbolçuları mənə təklif etməyin. Fərqi yoxdur ki, necə futbolçudur, hansı ölkədəndir və Ermənistanda nə qədər oynayıb.

Bildirmişdim ki, Messi də olsa, Ronaldo da olsa, əgər 1 gün Ermənistan çempionatında meydana çıxıbsa, bizə lazım deyil.

Menecerlərə izah edirdim ki, bu, bizim üçün həssas məsələdir, oradan gələn futbolçu Azərbaycanda çıxış edə bilməz.

İndi eşidirəm ki, bəzi klublar Ermənistanda oynamış legionerlərlə danışıqlar aparır. Açığı, mən bunu başa düşmürəm və başa düşmək də istəmirəm.

Ermənilərin çörəyini yemiş futbolçunu Azərbaycana buraxmaq, onlara inanmaq olmaz.

Legionerdir, oradadırsa, deyəcək, Ermənistan yaxşıdır, buradadırsa, deyəcək, Azərbaycan yaxşıdır.

Hələ bilinmir ki, gedəndən sonra hansı ölkənin tərəfini tutacaq. Bu məsələdə maksimum dərəcədə ehtiyatlı hərəkət etmək lazımdır».

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!