"Qarabağ"ın kapitanı "İdman ustası" fəxri adı aldı - FOTO

27 Sentyabr 2022 09:20 Neftçi 439
"Qarabağ"ın kapitanı "İdman ustası" fəxri adı aldı - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov son vaxtlar qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüşüb.

Sportinfo.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütovlüyü uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə idmançıları salamlayan Fərid Qaybov onları qazandıqları nailiyyətlər münasibətilə təbrik edib.

Bildirib ki, son vaxtlar belə görüşlər ənənə halını alıb. Bunun da əsas səbəbi idmançılarımızın beynəxlalq yarışlarda qazandıqları qələbələrin sayının günbəgün artmasıdır.

Atcılıq, bədii gimnastika, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, kəmər güləşi, aba güləşi, sambo, para-badminton, stronqmen və digər idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər.

Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.

Tədbirdə nazir Fərid Qayıbov "İdman ustası" fəxri adına layiq görülmüş futbol üzrə Azərbaycan milli komandasının üzvü, “Qarabağ”ın kapitanı Maksim Medvedevə müvafiq vəsiqə və döş nişanını təqdim edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı