“Neftçi”nin nəzərinə - Bu adamı diqqətdən buraxmayın

11 Avqust 2022 16:00 Neftçi 1 756
“Neftçi”nin nəzərinə - Bu adamı diqqətdən buraxmayın

“Neftçi” bu gün Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçında “Rapid”in qonağı olacaq.

Vyanada ifayət qədər ağır oyun təmsilçimizi gözləyir. Ki, rəqibin böyük təcrübəsi və güclü heyəti var.

Güclü heyət demişkən, avstriyalıların heyətində sanballı çox oyunçu adı saymaq olar. Amma biri daha xüsusidir.

Söhbət Qvido Burqştallerdən gedir.

33 yaşlı təcrübəli forvard bu gün “Rapid”in hücum ağırlığını təkbaşına öz çiyinlərində daşıyır.

Zəngin karyeraya sahib oyunçunun bütün karyerası demək olar ölkəsi və Almaniya klubları ilə bağlıdır.

Ən parlaq günlərini isə məşhur Almaniya təmsilçisi “Şalke”də keçirdiyini iddia etmək olar.

3 il şərəfini qoruduğu bu klubda 118 matça çıxıb və 32 qol, 13 asistlə yadda qalmağı bacarıb.

Əbəs deyil ki, indi qiyməti bir milyona çatmayan Qviodnun həmin dönəm – 2018-ci il 18 milyon dəyəri varmış.

Sabiq klubu “Rapid”ə isə (2011-2014-cü illər də oynayıb) ötən il yenidən pənah gətirib.

Və sanki ikinci gəncliyini yaşayır. Ki, yeni mövsümə fırtına kimi başlayıb deyə bilərik.

Ümumilikdə meydana çıxdığı 7 matçda 4 qol və 1 asistlə yadda qalıb. Bu, “Rapid”in yeni mövsüm vurduğu qolların yarıdan çoxu deməkdir. (Üç cəbhədə mübarizə aparan komanda 7 oyuna 7 dəfə fərqlənib)

Ölkə çempionatında 3 matça iki qol vurubsa, ölkə kubokundakı 1 oyunda vurulan yeganə qolun da müəllifi olub.

Konfrans Liqasında “qara zolaq” yaşayan, ikinci mərhələnin “Lexiya” ilə matçlarında fərqlənə bilməyən forvard siftəni Bakıda etməyi bacardı.

O, komandasına hava-su kimi lazım olan qolu 90+5-ci dəqiqədə “Neftçi”nin qapısından keçirdi.

Matçdan sonrakı açıqlamalarında da kifayət qədər iddialı danışan hücumçuya qarşı ehtiyatı bir an əldən vermək lazımdır. Əks halda zəngin təcrübəsi, güclü qol duyumu olan forvardın qollarına üzülməkdən başqa çarə qalmayacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?