“Rapid”in hücumçusu: "Neftçi" ilə oyunda daha yaxşı işlər görəcəyik"

8 Avqust 2022 23:20 Neftçi 544
“Rapid”in hücumçusu: "Neftçi" ilə oyunda daha yaxşı işlər görəcəyik"

"Bu matçdakı kimi qol şansları yaratsaq, "Neftçi" ilə cavab görüşündə daha yaxşı işlər görəcəyik".

Sportinfo.az xəbər verir ki, bunu "Rapid"in (Vyana) lideri Qvido Burqştaller evdə Lustenau "Austriya"sı ilə 1:1 heç-heçə etdikləri Avstriya Bundesliqasının III tur matçından sonra deyib.

33 yaşlı hücumçu karyerasında bəzən çətinliklər çəkdiyini bildirib: "Ancaq biz indi də bunun öhdəsindən gələcəyik".

"Neftçi" Konfrans Liqasının III təsnifat mərhələsinin Bakıdakı ilk qarşılaşmasında "Rapid"ə 2:1 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab matçı avqustun 11-də Vyanada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?