
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi"nin "Sakaryaspor"a qarşı keçirəcəyi yoxlama matçının başlama saatı dəyişdirilib.
Sportinfo.az-ın Sakarya təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, iyulun 6-da oynanılacaq qarşılaşma nəzərdə tutulduğu kimi saat 17:00-da deyil, 15 dəqiqə tez başlayacaq.
Bu qərar komandaların qarşılıqlı razılığı ilə qəbul olunub. Görüş "Esentepe" hotelinin meydançasında baş tutacaq.
"Neftçi" hazırlıq çərçivəsində ümumilikdə 3 yoxlama matçı keçirməyi planlaşdırır.