“Neftçi”dən ayrıldı, bu ölkənin klubu ilə razılığa gəldi

26 İyun 2022 20:20 Neftçi 75 268
“Neftçi”dən ayrıldı, bu ölkənin klubu ilə razılığa gəldi

Yay fasiləsində “Neftçi”dən ayrılan müdafiəçi Huqo Bastonun yeni komandası müəyyənləşib.

Sportinfo.az-ın Kipr mətbuatına istinadən məlumatına görə, portuqaliyalı futbolçunun bu ölkədə çıxış edəcəyi dəqiqləşib.

Limassol klubu AEL uzun müddətdir danışıq apardığı 29 yaşlı oyunçunu heyətinə cəlb etməyə müvəffəq olub.

“Neftçi” ilə müqaviləyə xitam verdiyi üçün azad agent statusu daşıyan Bastonun AEL-lə danışığı müsbət yekunlaşıb. Futbolçu bu gün Kiprə yollanaraq münasibətləri rəsmiləşdirəcək.

“Neftçi”yə ötən ilin yayında “Eştoril”dən keçən Huqo Basto geridə qalan mövsüm Premyer Liqada 8 oyunda iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!