"Barselona"da oynamış yarımmüdafiəçi "Neftçi" yolunda?

6 Noyabr 2025 12:40 Neftçi 5 548
"Barselona"da oynamış yarımmüdafiəçi "Neftçi" yolunda?

“Barselona”nın sabiq futbolçusu Miralem Pyaniç karyerasını Özbəkistanda davam etdirmək imkanına sahibdir.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bosniya və Herseqovinadan olan yarımmüdafiəçiyə “Neftçi”(Fərqanə) təklif göndərib.

Çempionluğa əsas iddialı olan “Neftçi” qış “transfer pəncərəsi” zamanı Pyaniçlə müqavilə imzalamağı planlaşdırır.

35 yaşlı futbolçu karyerası ərzində “Metz”, “Lion”, “Roma”, “Yuventus”, “Barselona”, “Beşiktaş”, “Şarjah”, ÇSKA (Moskva) klublarında oynayıb.

O, Bosniya və Herseqovina yığmasında 115 görüş keçirib, 18 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti