“Neftçi”dən qalmaqalla ayrıldı, çempion oldu, özünü İbrahimoviçə oxşatdı - FOTOLAR

23 May 2022 21:00 Neftçi 2 771
“Neftçi”dən qalmaqalla ayrıldı, çempion oldu, özünü İbrahimoviçə oxşatdı - FOTOLAR

“Apollon” Kipr çempionatını qızıl medallarla başa vurub. Limassolluların sonuncu turda “AEK Larnaka”ya uduzmasına baxmayaraq (0:1), titul onların olub.

Komandanın uğur qazanmasında azərbaycanlı futbolsevərlərin yaxından tanıdığı futbolçunun böyük payı olub.

Belə ki, mövsüm ərzində çempionatda meydana çıxdığı 25 oyunda 9 qol vurub, 6 qolun ötürməsini verən Baqali Dabonun “qızıl”da əməyi keçib.

Limassol təmsilçisinin çempionluğu rəsmiləşdirməsindən sonra stadionda izdiham yaşanıb ki, həmin anda fransalı hücumçu sevinc hissi ilə diqqətləri üzərinə çəkib.

Baqali etdiyi hərəkətlə özünü “Milan”dakı həmnömrəsi Zlatan İbrahimoviçə oxşadıb. O, çempionluğu meydanda ağzındakı siqarla gəzməklə qeyd edib.

Dabo karyerasının 4 ilini Azərbaycanda keçirib. 2016-2018-ci illər aralığında “Qəbələ”də çıxış edib, 2018-ci ildən 2020-ci ilə qədər “Neftçi”də oynayıb.

“Neftçi”də çıxış etdiyi sön dönəmdə sosial şəbəkədə “Qarabağ”ın forması ilə şəkil çəkdirməsi böyük səs-küyə səsbəb olmuşdu ki, çox keçmədən Azərbaycanı tərk etmişdi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti