“Qarabağ”la oyundan öncə “Neftçi” növbəti PİS XƏBƏRİ ALDI

21 May 2022 17:40 Neftçi 1 269
“Qarabağ”la oyundan öncə “Neftçi” növbəti PİS XƏBƏRİ ALDI

“Forza Neftçi” “Qarabağ”la oyunda sevimli komandaları “Neftçi”yə dəstək olmayacaq.

Bu barədə məlumat azarkeş qrupunun “feysbuk” səhifəsi vasitəsi ilə yayılıb:

“Keçən oyun baş vermiş hadisələrin çempionatın son oyunundan öncə başlanğıc olduğunu hesab edib, son turda kimlərəsə görə “məntiqi sonluğa” çatdıra bilmə ehtimalını göz önünə alaraq “Qarabağ”la oyunda tribunada olmayacağımızı bəyan edirik. Qərarımız sorğuya və izaha açıq deyil”.

“Forzalılar”ın bu addımı atması anlaşılandır. Mayın 15-də “Zirə” ilə səfər qarşılaşmasında “istefa” şüarı səsləndirdiklərinə görə tribunadan uzaqlaşdırılan fanatlar eyni halın bu dəfə də təkrarlanacağına əmindirlər.

Növbəti halın yaşanması isə azarkeşlərə baha başa gələ bilər. Ona görə də çıxış yolunu mərkəzi oyunu boykot etməkdə görürlər.

Premyer Liqanın 28-ci turu çərçivəsində “Qarabağ”la “Neftçi” arasında baş tutacaq oyun bu gün saat 19.30-da start götürəcək. Qarşılaşma “Azərsun Arena”da keçiriləcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti