“Neftçi” rəhbərliyi Abasova “qırmızı xətt”i keçdin, get” dedi – SON DƏQİQƏ

12 May 2022 16:40 Neftçi 2 789
“Neftçi” rəhbərliyi Abasova “qırmızı xətt”i keçdin, get” dedi – SON DƏQİQƏ

“Neftçi” rəhbərliyi ilə Samir Abasov arasında danışıqlar keçirilib.

Onlar baş məşqçi ilə komandanın durumunu, Qəbələ səfərində qeydə alınan məğlubiyyətin səbəblərini müzakirə edib.

Söhbət zamanı əsas diqqət azarkeşlərlə onun arasında yaşanan qalmaqal yönəldilib.

Abasov Qəbələdə istefasını tələb edən “Neftçi” fanatlarının ünvanına səsləndirdiyi tənqidi fikirlərə görə peşman olmadığını bildirib.

O, yenilginin təsiri altında elə açıqlamalar verdiyini, ancaq haqqında söylənilən rəylərlə razılaşmadığını söyləyib.

Çalışdırıcı 2020-ci ilin noyabrından - bura gəldiyi gündən üzü bu yana böyük işlər gördüyünü, komandanı ötən mövsüm çempion etdiyini xatırladıb və azarkeşlərin bütün bunları görməzdən gəldiyini vurğulayıb.

İdarəçilər Absovun klubun tərəfdarları barədə dediyi sözlərlə razılaşmadığını açıqlayıb.

Baş məşqçinin diqqətinə çatdırılıb ki, azarkeşlərlə bağlı mövzu kifayət qədər həssasdır və o, Qəbələdə verdiyi açıqlanmalarla “qırmızı xətt”I keçib.

Bu səbəbdən Abasova deyilib ki, mövsümün sonunda bitəcək müqaviləsinin müddəti yenilənməyəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!