“Neftçi”nin baş məşqçisi sevindirici və üzücü məqamları sadaladı

27 Yanvar 2022 17:20 Neftçi 965
“Neftçi”nin baş məşqçisi sevindirici və üzücü məqamları sadaladı

"Futbolçular buna görə sevinclidir, amma indi bu amilə çox da fikir vermirik”.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Neftçi”nin baş məşqçisi Samir Abasova aiddir.

Onun fikrincəə görə, Antalyada keçirilən təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurmaq yaxşı haldır.

"Neftçi" ilk sınağında Macarıstan "Kişvarda"sı ilə 2:2 edib. Paytaxt təmsilçisinin Polşadan "Visla" (Plotsk) ilə matçında da qalib müəyyənləşməyib - 1:1.

“Ağ-qaralar” son görüşdə Polşanın daha bir təmsilçisi – “Qurnik”lə (Leçna) üz-üzə gəlib və 1:0 udub.

S.Abasovu dinləyək: “Oyunçuların hamısı hazır deyil. Məsələn, Tyaqo Bezerra, Ramon Maçado və Sezar Meza Kolli komanda ilə az məşq edib. Ümumi götürsək, fiziki durumumuz yaxşıdır".

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu