“Neftçi” yararlandı, biz isə istifadə edə bilmədik“

26 Yanvar 2022 12:40 Neftçi 853
“Neftçi” yararlandı, biz isə istifadə edə bilmədik“

“Neftçi”yə qarşı matçda pis oynamadıq”.

Sportinfo.az xəbər verir ki, bunu Polşa “Qurnik”inin qapıçısı Adrian Kostajevski deyib.

O, “Neftçi” ilə Antalyadakı yoxlama oyunu (0:1) barədə fikirlərini açıqlayıb:

“Özümüz də qol imkanlarımız oldu. Bəlkə də topa ümumilikdə rəqib daha çox nəzarət etdi.

Amma onlar diqqətçəkən qol imkanları yarada bilmədilər. “Neftçi” azsaylı epizodların yalnız birində bu imkandan yararlandı.

Biz isə istifadə edə bilmədik. Düşünürəm ki, hər şey gündən-günə düzələcək.

Gələn oyuna daha yaxşı formada olacağıq. Artıq həmin matçda qələbə üçün mübarizə apara bilərik".

Digər Xəbərlər
Xəbər Lenti