“Neftçi”yə “qayıtmıram” xəbəri göndərdi, XAHİŞ ETDİLƏR Kİ...

25 Yanvar 2022 15:00 Neftçi 1 265
“Neftçi”yə “qayıtmıram” xəbəri göndərdi, XAHİŞ ETDİLƏR Kİ...

"Neftçi"də icarə əsasında çıxış edən Mamadu Kanenin formasını geyindiyi Qvineya Afrika Millətlər Kubokunda mübarizəni dayandırıb.

1/8 finalda Qambiya ilə qarşılaşan kollektiv rəqibinə minimal hesabla uduzaraq, turnirlə vidalaşıb.

25 yaşlı dayaq yarımmüdafiəçisi bu qarşılaşmada meydana çıxmayıb.

Mamadu Kane müqavilə ilə "Olimpiakos"a məxsusdur. Pirey təmsilçisi icarə müddətinin başa çatmasını gözləməyəcək və onu vaxtından əvvəl düşərgəsinə dəvət edəcək.

Amma "Olimpiakos" onu dərhal Yunanıstanın başqa kluba icarəyə verəcək. Onun xidmətində Superliqada çıxış edən 3 klub maraqlıdır.

OFİ, “Asteras” və “Lamia” Kane ilə 4 aylıq müqavilə bağlamaq istədi barədə “Olimpiakos”u məlumatlandırıb.

Qvineyalı da nə düşündüyünü “Neftçi” rəhbərliyinə elan eləyib. Afrikalı Azərbaycana qayıtmağa hazırlaşmadığını açıqlayıb.

İndi iki klub arasında danışıqlar gedir. Bakılı rəsmilər yunan həmkarlarından icarə ilə bağlı anlaşma şərtlərinə sonadək qalmalarını xahiş edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti