“Neftçi”nin dünən 250 min dollardan keçdiyi doğrudurmu?

23 Yanvar 2022 11:40 Neftçi 1 715
“Neftçi”nin dünən 250 min dollardan keçdiyi doğrudurmu?

“Neftçi” dünən heyətinə yeni qapıçı cəlb edib.

Aqil Məmmədov zədəli olduğu üçün bir müddətdir bu mövqeyə yeni sima arayışına çıxan "ağ-qaralar" axtardığını Latviyada tapıb.

Bakılılar İvan Brkiçlə rəsmi müqavilə imzalayıb. 1,5 illik kontrakta imza atan 27 yaşlı xorvatiyalının son klubu "Riqa" olub.

2021-ci ilin fevralından Latviya təmsilçisində oynayan qolkiper dkaryerası ərzində Bosniyada "Jrinski"nin də formasını geyinən İvan ölkəsində "Karlovaç", "İstra", "Lokomotiva", "İmotski" və "Çibalia"nın uğurları üçün də çalışıb. O, Xorvatiyanın U-19 və U-21 millilərinə dəvət alıb.

Sosial şəbəkələrdə iddia olunur ki, balkanlı legioner bakılılarə 250 min dollara başa gəlib. Bu, həqiqətən belədir?

"Neftçi"dən redaksiyamıza verilən məlumata görə, əslində, Brkiçin keçidi göstərilən rəqəmdən haradasa iki dəfə aşağı əməkhaqqıya reallaşıb.

Həmçinin bildirilib ki, müqavilədə bir sıra bonuslar nəzərdə tululub.

Hansı ki, komanda ölkədaxili və ya beynəlxalq yarışlarda uğurlu nəticələr əldə edərsə, ona əlavə məbləğlər ödəniləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!