“Neftçi”nin başı dərddə - Bu futbolçu ilə bağlı GƏLƏN XƏBƏR...

19 Yanvar 2022 16:00 Neftçi 1 759
“Neftçi”nin başı dərddə - Bu futbolçu ilə bağlı GƏLƏN XƏBƏR...

“Neftçi”nin futbolçusu Mamadu Kanenin üzü gülür.

Səbəb ölkəmizdə legioner həyatı yaşayan futbolçunun şərəfini qoruduğu Qvineya millisinin Afrika Millətlər Liqasının 1/8 final mərhələsinə yüksəlməsidir.

Sportinfo.az xəbər verir ki, B qrupunda yer alan qvineyalılar Malavini 1:0 hesabı ilə məğlub etdikdən sonra Seneqalla qolsuz bərabərə qalıb.

Qrupun son görüşündə Zimbabveyə məğlub olmasına baxmayaraq (1:2), Qvineya seçməsi 4 xalla növbəti mərhələyə adlayıb.

Kanenin komandası yanvarın 24-də 1/8 final mərhələsinin matçına çıxacaq. Qvineya bu səddi də aşa bilsə,1/4-də daha bir oyun keçirəcək.

Bu isə o deməkdir ki, 24 yaşlı yarımmüdafiəçi bu ayın sonuna qədər Samir Abasovun sərəncamında ola bilməyəcək. Hətta “Neftçi”linin millisi Afrika Millətlər Liqasındakı mübarizəni yanvarın 24-də dayandırsa belə, Mamadu dincəlmək üçün bir neçə gün vaxt istəyəcək.

Kane qrup mərhələsində Malavi və Zimbabveyə qarşı oyunlarda 90 dəqiqə forma geyinmək şansı qazanıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR