"Neftçi"nin legionerini icarəyə götürmək istəyirlər

19 Yanvar 14:20 Neftçi 1 207
"Neftçi"nin legionerini icarəyə götürmək istəyirlər

Yunanıstanın iki klubu "Neftçi"də çıxış edən Mamadu Kane ilə maraqlanır.

Sportinfo.az "Sportdog.gr" nəşrinə istinadən xəbər verir ki, Superliqa təmsilçiləri 25 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

Müqavilə ilə "Olimpiakos"a məxsus olan qvineyalı oyunçunun bu klublardan birinə icarəyə veriləcəyi gözlənilir.

Məşqçilər korpusu Kaneni yerli komandalara icarəyə verməklə onu yaxından izləməyi hədəfləyir.

Mamadu Kane hazırda Afrika Millətlər Kuboku üçün Qvineya yığmasının düşərgəsindədir. Yarımmüdafiəçi icarə ilə "Neftçi"də çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti