“Neftçi”nin baxışa çağırdığı yeni hücumçu kimdir? – DAHA ƏTRAFLI

15 Yanvar 2022 20:40 Neftçi 3 917
“Neftçi”nin baxışa çağırdığı yeni hücumçu kimdir? – DAHA ƏTRAFLI

“Neftçi” hücum xəttini gücləndirmək üçün baxışa gənc futbolçunu dəvət edib.

Avropa, Asiya, Afrika yox ha, okeanın o biri tayından – Panamadan.

Adı Ansoni Alexandro soyadı Frias Qonzalesdir.

Kimdir bu Alexandro?

“Ağ-qaralar”ın marağına səbəb olan forvard 2001-ci ilin 2 oktyabrında Kludad de Panamada dünyaya göz açıb.

180 sm boya, 60 kq çəkiyə sahib olan Ansoni futbolun sirrlərinə 8 yaşından yiyələnməyə başlasa da, peşəkar liqada 17 yaşında debüt edib. Həm də Panamenyada, bizim bildiyimiz Premyer Liqada.

2018/19 mövsümündə “Alianza”nın heyətində 4 oyunda üst-üstə cəmi 86 dəqiqə oynamasına baxmayaraq, 17 yaş 6 aylığında “San Fransisko” ilə qarşılaşmada rəqibin qapısına yol tapmağı bacarıb.

Panamalı daha sonra yoxa çıxıb. Hansısa səbəbdən futboldan uzaq düşüb ki, internet qaynaqlarında 2019-un mayından 2021-in yayına qədər haqqında heç bir məlumat yoxdur.

Görünür, ya ciddi zədə alıb, ya da koronavirusa görə hansısa problemləri yaranıb.

Uzun müddətli fasilədən sonra “Alianza”dakı çıxışını ötən ilin avqustundan davam etdirməyə başlayıb. Avqustdan noyabra qədər

Panamenyada 9 matçın iştirakçısı olub ki, bunların 4-də əsas heyətdə meydana çıxıb, 5-də əvəzetmədən.

Ümumilikdə meydanda olma müddəti 359 dəqiqəni əhatə edib. Və zaman kəsiyində 2 qola imzasını atmağı bacarıb.

Alexandronun müxtəlif vaxtlarda Panamanın aşağı yaş qruplarından ibarət millilərinin şərəfini qoruduğu deyilsə də, “gəzdiyimiz” qaynaqlarda gənc hücumçunun yığma karyerası haqqında heç bir məlumata rast gəlmədik.

Ünlü “transfermarkt” saytı panamalının qiymətini 75 min avro şəklində dəyərləndirib. Lakin “Neftçi” onu heyətinə qatmaq istəsə, bunun üçün əlavə xərcə düşməyəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu