"Bəlkə də buna görə mənə “Neftçi“nin qənimi“ deyirlər"

13 Yanvar 2022 14:00 Neftçi 2 071
"Bəlkə də buna görə mənə “Neftçi“nin qənimi“ deyirlər"

“Sumqayıt“ın sabiq baş məşqçisi Ayxan Abbasov “Neftçi“ ilə bağlı maraqlı fakt açıqlayıb.

“Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nə qonaq olan “Pro“ kateqoriyalı çalışdırıcı həm son klubunda, həm də ondan əvvəl “Zirə“də işləyərkən, daim “Neftçi“yə qalib gəlməklərinin sirrini incələyib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişdə iştirak edən mütəxəssis deyib:

“Zirə“də çalışdığım vaxt dəfələrlə çempionat oyununda “Neftçi“ ilə üz-üzə gəldik və əksəriyyətində qalib gəldik. Birində də məğlub olmamışıq.

“Sumqayıt“a gələndən sonra da eyni hal davam etdi. İki mövsüm ardıcıl bu komandanı ölkə kubokunda mübarizədən kənarlaşdırdıq.

Bəlkə də buna görə mənə “Neftçi“nin qənimi“ deyirlər. Açığı, çalışdığım komandalar həmişə “Neftçi“yə qarşı ikiqat motivasiya ilə çıxıb.

İstər “Zirə“də, istərsə də “Sumqayıt“da vaxtilə orada çıxış etmiş futbolçular çox olub. İnişil kubok oyunlarına görə “Neftçi“ ilə Bakıda keçirilən çempionat qarşılaşmasına ikinci heyətlə yollanmışdıq.

Fikrimiz o idi ki, əsas futbolçuları kubokun yarımfinalı üçün qoruyaq. Ona görə də heyəti demək olar tamam dəyişdik,

Premyer Liqada debüt etməyənləri meydana buraxdıq. Rəhbərlik düşünürdü ki, “Neftçi“yə böyükhesabla uduzacağıq.

Qələbə qazanacağımıza qətiyyən inanmırdılar. Ancaq biz bu heyətlə də 3:2 udduq və “Neftçi“ məhz həmin gün çempionluğu əldən verdi“.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular