“Neftçi”nin baş məşqçisinin “QARA SİYAHI”sına neçə futbolçu düşüb?

7 Dekabr 2021 14:00 Neftçi 1 836
“Neftçi”nin baş məşqçisinin “QARA SİYAHI”sına neçə futbolçu düşüb?

Premyer Liqanın son turlarında uğursuz çıxış edən və daxili təlatüm yaşayan "Neftçi" gərginlik pik həddə yaxınlaşmaqdadır.

Qış fasiləsinin elan olunmasına çox az qalıb və vəziyyət nəzarətdən çıxmaq üzrədir.

Odur ki, klubun prezidenti Kamran Quliyev və baş məşqçi Samir Abasov arasında görüş keçirilib.

Paytaxt təmsilçisinin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyevin verdiyi məlumata görə, görüşdə transfer məsələləri müzakirə olunub, komandanı tərk edəcək futbolçularla bağlı fikir mübadiləsi aparılıb.

O, ad açıqlamasa da, bizə çatan məlumata görə, Abasovun “qara siyahı”sı hazırdır və bu barədə rəhbərliyi xəbərdar edib.

Baş məşqçinin gözündən düşənlərin arasında istər yerli, istərsə də legionerlər yer alıb. Ümumiyyətdə, burada 7-8 nəfərdən söhbət gedir.

Kimdir onlar? Darıxmayın, qısa zaman çərçivəsində hamısının adını açıqlayacağıq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti