“Neftçi”nin müdafiəçisi uğursuzluğun səbəbini kimdə gördü?

6 Dekabr 2021 12:40 Neftçi 1 259
“Neftçi”nin müdafiəçisi uğursuzluğun səbəbini kimdə gördü?

“Neftçi”nin müdafiəçisi Voislav Stankoviç klubun rəsmi saytına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, “Sumqayıt”la heç-heçəyə (0:0) görə təəssüflənən serbiyalı ən qısa zamanda hər şeyin yoluna düşəcəyinə inandığını bildirib:

“Komanda yaxşı oynadı, sadəcə, hücumda daha diqqətli olmalıydıq. Qol imkanlarımızdan istifadə edib hesabı açmalıydıq, amma çox təəssüf ki, alınmadı.

Daha stabil oynayıb, yaxşı nəticələr qazanmalıyıq. Biz peşəkar futbolçularıq, verilən tapşırıqlara əməl edib özümüzü ən yaxşı tərəfdən göstərməliyik.

İnanıram ki, ən qısa zamanda hər şey yoluna düşəcək”.

Digər Xəbərlər
Xəbər Lenti