Samir Abasovu "Neftçi"dən göndərmək üçün… Geri sayım başladı

6 Dekabr 2021 09:20 Neftçi 1 709
Samir Abasovu "Neftçi"dən göndərmək üçün… Geri sayım başladı

Samir Abasov «Neftçi»dən getmir.

Qalacaq demək? Müşkül məsələdir.

Bunu da demək olmaz. Hər halda klubun Müşahidə Şurası növbəti turdan sonra bir daha toplanacaq və ilə yekun vuracaq.

Bütün sualların cavabını bilmək üçün o toplantını gözləmək lazımdır. Heç olmasa, rəsmiyyət xatirinə.

Gül kimi aydındır ki, MŞ formal səlahiyyət sahibidir. Adı kağız üzərində necə möhtəşəm səslənsə də. Burada qərarı 1 nəfər verir - Zaur Qəhrəmanov. O da sözünü bir neçə həftə əvvəl söyləyib, baş məşqçinin «fatihə»sini verib.

Sosial şəbəkə hesabında Samir Abasovu «muzkomediya»nın işçisi» adlandırmaqla.

Abasov bu damğanı üzərindən götürə bilməyəcək, gecikib. Futbolda nə qədər qalacaq, nəvatadək məşqçi işləyəcəksə. Bu «yarlığ»ı üzərindən götürmək fürsətini o, artıq qaçırıb.

Qəhrəmanov həmin statusu yazıb, onu «taclandırdığı» gün istefa versəydi əgər.

Həmişə sinəsinə döyən Abasov qorxaqlıq nümayiş etdirdi, bununla da «xarizmatik məşqçi» kimliyini itirdi. İndi o, sadəcə, işdən ikiəlli yapışan adi fərddir, kiçik işçidir.

«Neftçi»nin futbolçusu bu hadisələrin hal şahididir və texniki zonada əyləşəni artıq baş məşqçi yox, «muzkomediya»nın işçisi» olaraq görür.

«Qarabağ»la 0:4 hesabıyla bitən derbidən sonra «Neftçi»də çempionluq, qələbə haqda düşünən qalmayıb. Varsa da, bu futbolçuların sayı 2-3 nəfərdir. Əlbəttə, 1 güllə ilə bahar olmur, tək əldən nə səs çıxasıdır ki…

Klubun önedə gələn isim(lər)i Samir Abasovdan son 3 turda 9 xal qazanmağı tələb etmişdi. Dünən «Sumqayıt» onları məqsəddən saxladı.

Oyunun bəlli bölümlərində daha üstün görünən qonaqlar «Neftçi»nin VİP-lojasını narahatlıq içində saxladı, eyni zamanda, orada əyləşənləri Samir Abasovdan narazılığını daha uca səslə dilə gətirməyə ürəkləndirdi.

Lojaya yığışanlar istər oyunun əvvəlində, istərsə ortasında, istərsə də sonrasında baş məşqçini o ki var «asıb-kəsiblər», daha nə(lər) deməyiblər ki…

Samir Abasov bilsə, nə edər? Zaur Qəhrəmanovdan o məlum «ad»ı alanda neylədi ki, guya?

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı