"Neftçi”yə böyük ümidlərlə gəlmişəm, daha çox qol vurmaq istəyirəm"

1 Dekabr 2021 02:00 Neftçi 1 068
"Neftçi”yə böyük ümidlərlə gəlmişəm, daha çox qol vurmaq istəyirəm"

“Neftçi”nin braziliyalı forvardı Ramon Maçado de Maçedo Braziliya mətbuatına danışıb.

Sportinfo.az xəbər verir ki, “lance”yə müsahibə verən forvard paytaxt klubuna gəlişinin məqsədindən söz açıb:

“Hazırda o qədər də yaxşı periodumuz deyil. Amma debüt qolum məni sevindirir.

Şadam ki, çempion komandanın əsas heyətində öz yerimi tapdım və qollarımı vurmağa başlamışam. “Neftçi”yə böyük ümidlərlə gəlmişəm. Ki, işlər daha yaxşı getsin.

Komandanın turnir cədvəlindəki mövqeyi bizi sevindirə bilməz. Amma inanıram ki, liderlər qrupuna qayıdacağıq.

Daha çox qol vurmaq istəyirəm ki, komanda turnir cədvəlində yüksəlsin və çempionluq mübarizəsi aparsın”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"