"Neftçi"də darıxır, getmək üçün gün sayır – XƏBƏRİ ÖZÜ GÖNDƏRİB

21 Oktyabr 2021 10:40 Neftçi 1 297
"Neftçi"də darıxır, getmək üçün gün sayır – XƏBƏRİ ÖZÜ GÖNDƏRİB

"Neftçi"də icarə əsasında çıxış edən Mamadu Kane qışda müqavilə ilə məxsus olduğu "Olimpiakos"a qışda qayıda bilər.

Yerli "sportime" nəşrinin yazdığına görə, Afina təmsilçisinin rəhbərliyi 24 yaşlı yarımmüdafiəçini yaxından izləyir və onun oyunundan razıdır.

Kane son olaraq, Qvineya millisinin heyətində Mərakeşə 1:4 hesabı ilə uduzduqları dünya çempionatının Afrika zonası üzrə seçmə mərhələ oyununda komandasının yeganə qolunun müəllifi olub.

"Olimpiakos" afrikalı üçün mövsümün sonunu gözləmək niyyətində deyil. Lakin onu heyətə cəlb etməkdən ötrü digər legionerlərdən biri ilə vidalaşmaq lazımdır.

Mamadu Kane avqustda "Olimpiakos"la 4 illik müqavilə imzalayıb. O, 2019-cu ilin yanvarından "Neftçi"də çıxış edir.

Bakılılar 650 min avroya satdığı qvineyalını hazırda icarə əsasında öz düşərgəsində saxlayıb.

Düzdür, Samir Abasov adıçəkilən oyunçunun xidmətindən gələn ilin yayınadək yararlanmaq istəyir və klub rəhbərliyindən bununla bağlıı müvafiq işlərin görülməsini, yəni, yunan həmkarları ilə danışıqlar aparmaqlarını tələb edib, fəqət, bu, o qədər də asan proses deyil.

"Olimpiakos" tərəfi Kanenin Superliqada çıxış edəcəyi təqdirdə, Avropanın top-komandalarının diqqətinə daha tez özünə çəkəcəyini proqnozlaşdırır.

Elə 24 yaşlı afrikalının özü də onlar kimi fikirləşir. O, afinalı rəsmilərlə danışarkən, artıq Bakıda darıxdığını, ağ-qırmızı formanı geyinmək üçün gün saydığını bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”