“Neftçi” ŞAD XƏBƏR ALDI – Qorxulu heç nə üzə çıxmadı

14 Oktyabr 2021 17:00 Neftçi 1 068
“Neftçi” ŞAD XƏBƏR ALDI – Qorxulu heç nə üzə çıxmadı

Serbiya – Azərbaycan qarşılaşmasında (3:1) yeganə topumuzun müəllifi Emin Mahmudov vurduğu qola sevinsə də, oyunun sonlarında əhvalı yerində deyildi.

Səbəb matçın ikinci yarısında topuğunda aldığı zərbə idi.

Həkim müdaxiləsinə ehtiyac duyan “8 nömrə” görüşü sona çatdırsa da, ağrıların olduğu görünürdü.

Yarımmüdafiəçi bu gün “Neftçi”də müayinə edilib. İlk müayinənin nəticəsi zədənin ciddi olmadığını göstərib. Yəni topuqda burxulma yoxdur.

Bu xəbər baş məşqçi Samir Abasovu sevindirsə də, Eminin yorğun olması müəyyən narahatlıq yaradır.

Kapitanın oktyabrın 17-də “Sumqayıt”la keçiriləcək Premyer Liqanın 7-cu tur görüşünü zədə səbəbindən buraxmayacağı dəqiqdir. Qalır yorğunluğu üzərindən atmaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!