“Neftçi” transfer qiymətini yarım milyon dollara kimi qaldırdı

15 Sentyabr 2021 13:00 Neftçi 2 255
“Neftçi” transfer qiymətini yarım milyon dollara kimi qaldırdı

“Neftçi” rəhbərliyi Yusuf Lavalın son transfer məbləğini müəyyənləşdirib.

Sportinfo.az-ın məlumatına görə, bakılılar nigeriyalı vingerin qiymətini 200 min dollar artırıb.

Müqaviləsinin başa çatmasını 1 ildən artıq vaxt qalmış afrikalı legioneri heyətinə qatmaq istəyənlər artıq 500 min dollar ödəməlidir.

Yarımmüdafiəçiyə son olaraq Belçikadan təklif gəlib.Belə ki, “Varegem” onun meneceri ilə danışıqlar aparıb,

Adıçəkilən klub Yupiler Pro Liqada mübarizə aparır və 6 turdan sonra 8 xallaq turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Israildən “Aşdod” və “Makkabi”nin də (Hayfa) transfer siyahısında yer alan Lavalın “Neftçi”yə elə Belçikadan gəldiyini xatırladaq. Bakılılar onu “Lokeren”dən heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti