“NEFTÇİ”: “1 nömrə” mən olacam” şərti irəli sürdü, razılığını aldı

5 Avqust 2021 20:20 Neftçi 2 822
“NEFTÇİ”: “1 nömrə” mən olacam” şərti irəli sürdü, razılığını aldı

“Neftçi” ilə anlaşma əldə edən Nima Mirzəzad gözlənilməz şərt irəli sürüb.

24 yaşlı iranlı qapıçı “1 nömrə” olmaq tələbi ilə çıxış edib.

Transfer hüququ “Nassaji Mazandaran”a məxsus olan kiperin istəyinə çatdığını deyə bilərik. Çünki ona bu zəmanət artıq verilib.

“Malavan”ın yetirməsi İranın U-20 və U-23 yığmalarının şərəfini qoruyub. Adıçəkilən “əlcək sahibi” ilə bağlanan müqavilənin müddəti 2 ildir.

O, hər ay Bakı klubundan 9-10 min dollar civarında maaş alacaq.

“Neftçi” rəhbərliyinin Aqil Məmmədova münasibəti son vaxtlar dəyişib. Ondan narazıdırlar.

“Bakı”nın yetirməsi performansı ilə göz doldurduğundan, güman ki,səbəb başqadır. Hər halda belə olmasaydı, onunla bağlı tənqidi şərhlər kluba bağlı sosial şəbəkə hesablarını “bəzəməzdi”.

İndi Nimanın əsas heyət üzvü olması üçün başqa bir zəmin də var. Bu isə Aqilin HİK-lə keçirilən Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda özünü pis hiss edərək əvəzlənməsidir.

Baş məşqçi Samir Abasov da onun səhhətində problemlərin yaranmasına dair mətbuata açıqlama verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?