"Neftçi" adlı-sanlı rəqib qarşısında aciz qaldı - VİDEO

28 İyul 2021 23:30 Neftçi 495
"Neftçi" adlı-sanlı rəqib qarşısında aciz qaldı - VİDEO

"Neftçi" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Bakı klubu evdə "Olimpiakos"u (Yunanıstan) qəbul edib.

"Bakcell Arena"da keçirilən görüşdə "Neftçi" 0:1 hesabı ilə məğlub olub. Bu komandalar arasında Yunanıstanda oynanılan ilk görüşdə də eyni hesabla uduzan "Neftçi" Çempionlar Liqasında mübarizəni dayandırıb.

Samir Abasovun baş məşqçisi olduğu komanda Avropa Liqasının 3-cü təsnifat mərhələsində mübarizəni davam etdirəcək.

"Neftçi" burada HİK-lə (Finlandiya) görüşəcək. Bakı təmsilçisi ilk oyunu avqustun 5-də evdə, cavab matçını isə bir həftə sonra səfərdə keçirəcək.

"Olimpiakos" isə ÇL-in 3-cü təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək

“Neftçi”dən Namik Ələskərov zədəsi, Mert Çelik isə cəzası səbəbindən meydana çıxa bilməyib. Rəqibin düşərgəsində isə itki daha çox olub:

8 nəfər. Andreas Buxalakis, Oleq Ryabçuk, Sokratis Papastatopulos, Tanasis Andrutsos, Məhəmməd Kamara, Tikinyo, Yan M Vila və Eqmundur Kristinsson matçı buraxıblar.

Onlardan M.Kamara cəza, digərləri isə zədə səbəbindən Azərbaycan paytaxtına gətirilməyib.

"Neftçi" - "Olimpiakos" (Yunanıstan) - 0:1
Qol:
Masuras,15

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!