“Neftçi”yə ayrılan milyonlar son qəpyinə kimi yoxlanacaq

22 İyul 19:00 Neftçi 1 116
“Neftçi”yə ayrılan milyonlar son qəpyinə kimi yoxlanacaq

Məlum olduğu kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 4 vitse-prezidentinin vəzifələrindən azad edilməsi haqqında sərəncam imzalanıb.

Postunu itirənlərdən biri Mikayıl İsmayılov, digəri Tofiq Qəhrəmanovdur.

Onlar birbaşa və dolayısı ilə “Neftçi”yə aidiyyatı olan şəxslərdir. Beləki, M.İsmayılov klubun kuratoru idisə, T.Qəhramanov Şüşahidə Şurasının üzvü olan Zaur Qəhrəmanovun atasıdır.

Aydın məsələdir ki, bu islahat paytaxt təmsilçisinin yönətimində də “əl dəyişməsi”nə aparıb çıxaracaq.

Yeni kuratorun kimliyi hələ bilinmir. Dəqiq olan isə M.İsmayılovun nəzarəhətindəki sahələrdə audit yoxlamaların başlayacağıdır.

Bura, təbii ki, “Neftçi” də daxildir. Son 5-6 ildə klubun maliyyə siyasətini müəyyənləşdirən sabiq vitse-prezidentin qol çəkdiyi bütün sənədlər təftiş ediləcək

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti