"Neftçi"dən: "Bizi "Dinamo" ilə eyni sıraya qoymaq düzgün olmaz"

17 İyun 2021 00:42 Neftçi 1 204
"Neftçi"dən: "Bizi "Dinamo" ilə eyni sıraya qoymaq düzgün olmaz"

"İlk rəqibimiz olan Tbilisi "Dinamo"su barədə bu gündən məlumat toplamağa başlamışıq.

Rəqibin bir neçə matçına baxmışıq. Yeni baş məşqçi, yəni, tanıdığımız Kaxaber Sxadadze tamam fərqli komanda yaradıb. Ciddi hazırlaşacağıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov klubun rəsmi televiziyasına açıqlamasında Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Dinamo" (Tbilisi) barədə danışarkən deyib.

43 yaşlı mütəxəssis bildirib ki, oyun həddindən artıq çətin olacaq:

"Yeni baş məşqçinin gəlişindən sonra komandada müsbətə doğru xeyli dəyişiklik olub. Çox dinamik, hərəkətli komandadır. Bu da ondan irəli gəlir ki, Gürcüstan çempionatında artıq XVII tur oynanılır.

Bu baxımdan bizi "Dinamo" ilə eyni sıraya qoymaq düzgün olmaz. Panikaya düşmürük. İstənilən rəqibə qarşı eyni formada hazırlaşacağıq. Birinci oyun bizim üçün çox önəmlidir".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda