“Neftçi” ÇL-də uduzsa… Konfrans Liqasında potensial rəqibi dəqiqləşdi

16 İyun 2021 15:40 Neftçi 1 161
“Neftçi” ÇL-də uduzsa… Konfrans Liqasında potensial rəqibi dəqiqləşdi

Azərbaycan çempionu “Neftçi”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.

Çempionlar Liqasının I raundunda Gürcüstan çempionu “Dinamo” (Tbilisi) ilə qarşılaşacaq “ağ-qaralar” məğlub olacağı təqdirdə, Konfrans Liqasının Çempionlar yolunda mübarizəni davam etdirəcək.

Belə olarsa, Samir Abasovun yetirmələri bu turnirdə “Makkabi” (Hayfa, İsrail) – “Kayrat” (Qazaxıstan) cütünün məğlubu ilə qarşılaşacaq. “Neftçi” ilk matçını evdə keçirəcək.

Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 22-də və 29-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti