«Neftçi» çempionluq şansını saxladı, 5000 manat qazandı

18 May 2021 09:40 Neftçi 1 805
«Neftçi» çempionluq şansını saxladı, 5000 manat qazandı

Premyer Liqada əldə etdiyi son 3 qələbənin «Neftçi»nin futbolçularına nə qədər pul qazandırması məlum olub.

Sportinfo.az-ın klubdan əldə etdiyi məlumata görə, çempionluq şansını axırıncı tura saxlayan komanda üzvlərinə 5000 manat ödənilib.

Belə ki, «Keşlə» (3:0) və «Səbail» (4:0) üzərində qalibiyyətə görə oyunçulara 3000 manat verilib. «Sumqayıt»la səfər matçında qeydə alınan 1:0 isə «ağ-qaralar»ı 2000 manat irəli salıb.

O da maraqlıdır ki, klub rəhbərliyi son matçdaan əvvəl kollektivə xəbərdarlııq edib.

Elan olunub ki, «gənclik şəhəri»ndə 3 xal qazanılmasa və «Qarabağ» növbəti çempionluğunu vaxtından əvvəl əldə eləsə, ötən 2 qələbənin mükafatı verilməyəcək. Göründüyü kimi, bu açıqlama işə yarayıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”