"Neftçi"nin baş məşqçisi "Qarabağ"dan danışdı: "Bir-iki…"

16 May 2021 20:00 Neftçi 2 115
"Neftçi"nin baş məşqçisi "Qarabağ"dan danışdı: "Bir-iki…"

"Əvvəllər bu baxımdan çətinlik çəkirdik, indi isə xoş haldır ki, qol epizodları yarada bilirik".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Neftçi"nin baş məşqçisi Samir Abasova məxsusdur.

O bildirib ki, "Qarabağ"la son turda keçirəcəkləri həlledici oyundan öncə komandada qol epizodlarının sağa-sola xərclənməsindən doğan həyəcan siqnalı yoxdur:

"Qol vura bilməməyimiz tələskənlikdən irəli gələ bilər. Amma bu gün heç həyəcanlanmırıq və düşünürəm ki, "Qarabağ"la qarşıdakı görüşümüzdə bu qədər qol epizodumuz olmayacaq.

Bir-iki qol vəziyyətimiz düşsə, onları dəyərləndirərək, meydandan üzüağ çıxa bilərik”.

Digər Xəbərlər
Xəbər Lenti