“Neftçi”li məşhur: "Azərbaycanda VAR sisteminin olmadığını bilmirdim" - VİDEO

5 May 2021 21:20 Neftçi 691
“Neftçi”li məşhur: "Azərbaycanda VAR sisteminin olmadığını bilmirdim" - VİDEO

"Azərbaycanda VAR sisteminin olmadığını bilmirdim. İstəyirdim ki, referi təkrara baxsın".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin legioneri Keysuke Honda "Neftçi TV"də yayımlanan "Həmsöhbət" verilişində Azərbaycan Premyer Liqasının XXII turunun "Qəbələ" ilə səfər oyununda etdiyi hərəkət barədə danışarkən deyib.

Yaponiyalı yarımmüdafiəçi bildirib ki, Premyer Liqaya VAR lazımdır: "Bu, daha yaxşıdır. Çünki hakimlər çox səhv edir.

Düzdür, onlar da insandır, səhv edə bilər. Amma sonradan səhvlərini düzəltmələri daha yaxşı olardı. Bu sistem hakimlərə öz üzərində işləməyə imkan verir".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"