Honda "Neftçi"də bu işləri də görür - TƏFƏRRÜAT

3 May 2021 16:00 Neftçi 3 223
Honda "Neftçi"də bu işləri də görür - TƏFƏRRÜAT

Keysuke Hondanın «Neftçi»də daha bir qeyri-rəsmi iş görməsi məlum olub.

Demə, klub rəsmiləri hər oyunla bağlı ondan rəy alır.

Yaponiyalı yarımmüdafiəçi meydana çıxdığı Premyer Liqanın ötən 4 turunun hər biri barədə fikir bildirib, komandanın üstün və zəif tərəfləri barədə məlumat verib.

35 yaşlı keçmiş ulduz Samir Abasovun özünü kollektiv içərisində necə aparması, taktiki gedişləri və əvəzetmələri haqda düşüncülərini bölüşür, gördüyü səhvləri qeyd edir. Honda həmçinin yerli və legioner futbolçuların analizini aparıb, gücləndirilməsi gərəkən mövqeləri açıqlayıb.

Güman ki, bu, yeni mövsümlə bağlı planların hazırlıq mərhələsini təşkil edir. Məlumdur ki, klubun başbilənləri Hondanın xidmətində maraqlıdır və onunla bağlanmış 2 aylıq müqavilənin müddətinin uzadılmasına tərəfdardır.

Onlara görə, yaponiyalı bir brend olaraq qalmaqdadır və burada varlığını sürdürməklə «Neftçi»yə çox şey qazandıra bilər. Bunda əsasən Zaur Qəhrəmanov – «SOCAR-Türkiyə»nin bir nömrəli şəxsi israr edir.

Ümumiyyətlə, «Neftçi»də əksər mühüm qərarların təşəbbüskarı odur. Elə Hondanın gəlişində də o, Mikayıl İsmayılovla bərabər, yaxından iştirak eləyib. Yaponiyalı legionerin Bakıda keçirdiyi günlərin haqqını da onlar qarşılayır.

Honda mövsümün sonunda statusunu dəyişib baş məşqçi olmaq istəsə, Samir Abasovu o dəqiqə onunla əvəzləyərlər.

İstəyir Abasov komandanı çempion eləsin, istəyir eləməsin. Burada son söz asiyalı məşhurundur. Axı onun Kamboca millisində iş təcrübəsi var və 3 ildən artıqdır orada da fəaliyyətini davam etdirir.

Hondanın «Neftçi»yə gəliş səbəbi Tokio Olimpiadası ilə əlaqədardır. Avropada özünə klub tapmayandan sonra Azərbaycanın yolunu tutan yarımmüdafiəçinin məqsədi bu yay ölkəsində keçiriləcək mötəbər yarışa dəvət almaqdır.

Bunun üçün o, oyun təcrübəsi yığmalıdır. «Neftçi»dən başqa heç kim ona bu imkanı yaratmayıb. Özü də kifayət qədər yüksək məbləğ qarşılıığıında.

Qeyri-rəsmi xəbərlərə görə, Hondanın meydana çıxdığı hər oyun «Neftçi»nin sponsorlarıına 100 min dollara başa gəlir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!