"Neftçi"nin istədiyi hücumçu sevgilisini döydü, həbsxanaya düşdü

3 Mart 2021 14:40 Neftçi 686
"Neftçi"nin istədiyi hücumçu sevgilisini döydü, həbsxanaya düşdü

"Partizani"nin nigeriyalı sabiq legioneri Teofilus Solomon ölkəsində həbs olunub.

Sportinfo.az "Panoramasport"a istinadən xəbər verir ki, buna 25 yaşlı forvardın küçədə sevgilisi ilə mübahisə etməsi və onu döyməsi səbəb olub.

Afrikalı forvard həmçinin 300 avro məbləğində cərimələnib. Bir neçə gündür həbsxanada olan oyunçu apellyasiya şikayəti verib.

Məhkəmə Solomonun şikayətini qismən təmin edib. O, təzminatı ödədikdən sonra ev dustaqlığına buraxılacaq.

Teofilus Solomonun adı qış fasiləsində "Neftçi" ilə hallanırdı. Bu mövsüm "Partizani"də keçirdiyi 17 oyunda 5 qol vurub, 1 məhsuldar ötürmə edən legioner evralda Küveytdə "Al Qədsiyə"yə keçib.

Karyerasına ölkəsində başlayan nigeriyalının Avropada ilk klubu Xorvatiya “Riyeka”sı olub. Müxtəlif vaxtlarda icarə əsasında bu ölkədə “Pomorats”, “Zadar”, “Sibenik”, “İstra”, Serbiyada “Partizan”, Kiprdə “Omoniya”da oynayıb.

Daha sonra Xorvatiyada “Zapreşiç”ə keçən forvard 2019-cu ilin qışında Macarıstan “Uypeşt”inə, həmin ilin yayında isə son klubu “Partizani”yə transfer olunub.

O, Tirana təmsilçisinin heyətində Çempionlar Liqasının 2019/20 mövsümündə "Qarabağ"a qarşı Bakıdakı oyunda (2:0) forma geyinib. Solomon bu mövsüm ümumilikdə 13 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

Teofilus Nigeriya U-23 millisində 1 oyun keçirib

Afrikalının "Partizani"də aylıq qazancı 9000 dollar idi. Onun Azərbaycana gəlmək üçün istədiyi maaş isə 11-12 min dollar civarındaydı. Üstəlik, Albaniya klubu 60 min dollar təzminat tələb edirdi.

Digər Xəbərlər
Xəbər Lenti