“Neftçi“dən ayrılıb, İngiltərəyə getmək istəyir: “Niyə də yox?"

26 Yanvar 2021 17:00 Neftçi 690
“Neftçi“dən ayrılıb, İngiltərəyə getmək istəyir: “Niyə də yox?"

“Neftçi“nin müdafiəçisi Mamadu Mbodj gələcək karyerasını harada davam etdirmək istədiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, seneqallı legioner bir gün Qərbi Avropada, hətta İngiltərədə oynamağı arzulayır:

“Niyə də yox?Hər şey mümkündür. Sadəcə, bunun üçün çox çalışmağa davam edəcəm. Gələcəkdə nə olacağını görəcəyik.

“Neftçi” Avropa Liqasının cari mövsümündə Bakıda “Qalatasaray”la qarşılaşdı. 1:3 hesabıyla uduzduğumuz həmin oyunda bərabərlik qolunu vurdum.

Yəqin ki, həmin oyunda təcrübəmizin az olması səbəbindən məğlub olduq. Amma futbolda belə nəticələr də olur”.

Digər Xəbərlər
Xəbər Lenti